İrandan ABŞ və NATO-ya sərt İTTİHAM: "Müharibənin səbəbkarı sizsiniz"

12:08 27 May 2022

 İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (DİF) Rusiya-Ukrayna müharibəsindən danışıb.

Sitat.info xəbər verir ki,nazir Abdullahiyan ABŞ və NATO-nun Ukrayna müharibəsində təxribat siyasəti yürütdüyünü, günahkar olduğunu, Ukraynaya qarşı açılan müharibəni düzgün görmədiyi bildirib: "Ukraynadakı müharibənin məsuliyyətini ABŞ və NATO daşıyır. Əfqanıstan, Yəmən, İraq və Fələstində olduğu kimi, biz də Ukraynada müharibəyə qarşıyıq. Tehran administrasiyası olaraq bu müharibəni ən yüksək səviyyədə pislədik. Lakin ABŞ və NATO Rusiyanı müharibəyə təhrik etməklə regionda hərbi mövcudluğunu artırmağa çalışır". 
Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüyünü və Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması üçün görüş təklif etdiyini qeyd edən Abdullahiyan, Kremlin hərəkətlərinə NATO-nun “təxribatları”nın səbəb olduğunu bildirib.
 O zirvə toplantısında ABŞ ilə davam edən nüvə danışıqları haqqında məlumat verib: “ABŞ prezidenti Bayden Donald Trampdan miras qalan İrana qarşı maksimum təzyiq siyasətini davam etdirir. Vaşinqton administrasiyası buna son qoymalı və danışıqlar masasına oturmalıdır". 
 
Abdullahiyan vurğulayıb ki,  hər iki ölkədə nüvə razılaşmasına qarşı olan qruplar var: "Nüvə danışıqlarında ABŞ nümayəndələri təzyiq altında olduğu kimi mənə də Nümayəndələr Palatasının təzyiqi var. Bu qruplar arasında razılaşmaya qarşı güclü bölmələr var və biz onların öhdəsindən gəlməliyik. İran və ABŞ arasında nüvə müzakirələrində həllini gözləyən tək məsələ İnqilab Keşikçiləri deyil".

 Nazirin sözlərinə görə hələ ABŞ-dan sanksiyaların qaldırılacağına dair qəti zəmanət almayıblar: "Müqaviləni tərk edin. İnqilab Keşikçiləri məsələsi İsrail tərəfindən şişirdilir. Amerikalılar onlardan nə tələb olunduğunu çox yaxşı bilirlər. Ən əsas məsələ iqtisadi sanksiyaların effektiv şəkildə aradan qaldırılmasıdır".

Nigar Abuzər
SİTAT.İNFO



Xəbər xətti