Çin dünya nizamını dəyişə biləcək yeganə GÜCDÜR - ABŞ-dan ŞOK ETİRAF gəldi

12:32 27 May 2022

ABŞ dövlət katibi Antoni Blinken ABŞ prezidenti Co Bayden administrasiyasının Çinə qarşı siyasəti ilə bağlı çıxışında ABŞ-ın Çinlə münaqişə və ya yeni soyuq müharibə istəmədiyini bildirib.

SİTAT.İNFO xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın paytaxtı Vaşinqtonda Corc Vaşinqton Universitetində Asiya Sosial Siyasət İnstitutunun (ASPI) təşkil etdiyi paneldə ABŞ prezidenti Co Bayden administrasiyasının Çinə qarşı siyasəti ilə bağlı açıqlamalar verib. Blinken, "Çin həm beynəlxalq nizamı yenidən formalaşdırmaq niyyətində olan, həm də bunu etmək üçün getdikcə daha çox iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik olan yeganə ölkədir"- deyib. O əlavə edib ki, Pekinin baxışı bizi son 75 ildə dünyanı irəli aparan ümumbəşəri dəyərlərdən uzaqlaşdıracaq". 

ABŞ-ın siyasətinin dəyişmədiyini və Bayden administrasiyasının “Vahid Çin” siyasətinə sadiq qaldığını bildirən Bayden,  Çin hökuməti ilə diplomatik razılaşmaya sadiq qaldığını, lakin ABŞ-ın Tayvanla qeyri-rəsmi əlaqə saxlamasına imkan verilməsinin vacibliyini vurğuladı. 

“Biz Tayvanın müstəqilliyini dəstəkləmirik və fikir ayrılıqlarının sülh yolu ilə həllini gözləyirik. Bizim siyasətimiz dəyişməyib. Dəyişən Pekinin Tayvanın dünya ölkələri ilə əlaqələrini kəsmək və onun beynəlxalq təşkilatlara qoşulmasına mane olmaq üçün artan təzyiqidir”.
Ləman Sərvanqızı
SİTAT.İNFO



Xəbər xətti