ABŞ Senatındakı Demokratlar Maliyyə Nazirliyinin ABŞ Prezidenti Donald Trampın portretinin əks olunduğu 1 dollarlıq xatirə sikkəsinin buraxılmasının qarşısını almaq üçün qanun layihəsi hazırlayıblar.
Sitat.info xəbər verir ki, "Korrupsiyanı Dəyişiklik Etmə Qanunu" adlanan qanun layihəsi Oregon senatoru Jeff Merkley və Nevada senatoru Catherine Cortez Masto tərəfindən təqdim edilib. Konnektikut senatoru Richard Blumenthal və Oregon senatoru Ron Wyden də qanun layihəsinin həmmüəllifləridir.
Qanunda deyilir ki, "Heç bir ABŞ valyutasında yaşayan və ya vəzifədə olan prezidentin portreti olmamalıdır".
Merkley Trampın valyutaya öz üzünü qoymaq cəhdini avtoritar liderlərin cəhdi ilə müqayisə edib. Oregon senatoru deyib: "Prezident Trampın özünütərifləmə manevrləri ABŞ-dan daha çox Şimali Koreya lideri Kim Çen In kimi diktatorlar üçün uyğundur".
Trampın portretinin valyutaya yerləşdirilməsi planı ABŞ-da mübahisələrə səbəb olub.
Respublika Partiyasının həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu Demokratların əl-qolunu bağlaya bilər. Ona görə də, qanun layihəsinin qanuna çevrilməsinin ehtimalı azdır.
Oktyabr ayında ABŞ Zərbxanası ölkənin 250 illik yubileyini qeyd etmək üçün üzərində Trampın portreti olan 1 dollarlıq xatirə sikkələri buraxmaq planlarını açıqlayıb. Zərbxananın veb saytında üç fərqli dizayn var. İkisində Trampın ön portreti, birində isə yan profil göstərilir.
Nigar,
Sitat.info