"Ukraynaya verilən yeni raketlər Rusiya ərazisini atəşə tutmaq üçün nəzərdə tutulmayıb. Hərçənd ki, Rusiyanı çəkindirmək üçün hansısa ərazisinə raketlər atıla bilər, lakin, bu, Moskva üçün qırmızı xəttin aşılması olarsa, Kremldə başqa düymələrə basılar".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
O hesab edir ki, yeni silahlarla Ukrayna daha çox işğalda olan ərazilərini qurtarmaq istəyir: "Qərb Rusiya ordusunun canlı qüvvəsinin, döyüş gücünün zəif olduğunu görsə də, Rusiyada olan bəzi silahlar hələ də onlarda qorxu yaradır. Rusiyanın atom sualtı qayıqları, qitələrarası ballistik raketləri, eləcə də “İskəndər-M” raketinin nüvə başlığı ilə ata bilməsi ehtimalı Qərbi çəkindirir. Ona görə də, Qərbin hazırkı mərhələdə Rusiyanın taktiki və strateji dərinliklərini hədəfə almaq siyasətindən qaçır və hibrid müharibə elementləri ilə üstünlük qazanmağa çalışır".
Sİyasi şərhçinin sözlərinə görə, görünür ki, Qərbdə Rusiyadan atıla biləcək hər hansı nüvə silahının hara tuşlanacağına dair də kəşfiyyat məlumatları yoxdur. Qorxunun bir səbəbi də həmin məchulluqla əlaqədardır, yoxsa, nüvə silahı ABŞ, Britaniya və Fransa da var – sayı Rusiyanınkından az olsa da! Düşünürəm ki, Qərb Rusiyanın Ukraynaya müdaxiləsinin ilk 15 günlüyündə Rusiyanın silah gücünün zəif olduğu qənaətini formalaşdırsa da, özündə qorxular hələ də qalmaqdadır.
Ləman,
SİTAT.İNFO