Dünya taxıl böhranında tək günahkar Rusiya deyil: Savaşı qızışdıranlar...

10:09 9 İyun 2022

"Dünyadakı ərzaq həyəcanlarının bir çox səbəbləri mövcuddur. Əvvəla, nəzərə almaq lazımdır ki, BMT nəzdində və FAO timsalında dünyanın ciddi qida böhranları ilə üzləşəcəyi proqnozlaşdırılır. Mən belə hesab edirəm ki, bunun siyai səbəblərindən daha çox iki komponenti diqqətə alınmalıdır: 1) İqlim dəyişmələri və buna qarşı planetar məsuliyyət şüurunun passiv qalmağı. 2) Dünyadakı təbii və istehsal edilən malların bölgüsündəki ədalətsizlik".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O əlavə edib ki, özəlliklə, buğda ilə bağlı yaranan situasiyada günahkarların episentri daha böyükdür: "Rusiyanın Ukraynaya qarşı başlatdığı savaş sözsüz ki, buğda təminatıyla bağlı haqlı narazılıqlar yaradır. Amma buğda ilə bağlı neqativ tendensiyalarda təkcə Rusiya deyil, savaşı qızışdıran Qərb imperializmi, Amerika mərkəzli güclər, eyni zamanda bu gün taxıl idxalı ilə bağlı haqsız skeptika nümayiş etdirən Hindistan və digər ölkələr də günahkardır".

Tural İsmayılov vurğuladı ki, Türkiyə-Rusiya siyasi tandemi bu problemdə böyük dəyişiklik yaradacaq: "Təkcə Qara dənizin minalardan təmizlənməsi məsələsində deyil, eyni zamanda Rusiya-Ukrayna müharibəsində barışıq danışıqlarında da Türkiyə mühüm rolu oynayacaq".

Banu,

SİTAT.İNFO

 



Xəbər xətti