Zelenski Ukraynanın hərbi itkilərini açıqladı: 55 min əsgər həlak olub

10:17 5 Fevral 2026

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dördüncü ilində cəbhə xəttində həlak olan Ukrayna əsgərlərinin sayını ilk dəfə rəsmi olaraq açıqlayıb.

Sitat.info xəbər verir ki, "France 2" televiziyasına danışan Zelenski döyüş meydanında həlak olan peşəkar və çağırışlı əsgərlərin sayının 55 min olduğunu bildirib.

ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında Əbu-Dabidə sülh danışıqları davam edərkən, Kremldən müharibənin davam etməsi ilə bağlı sərt açıqlamalar gəlməyə davam edir.

Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb ki, Rusiya qoşunları Kiyev "düzgün qərarlar" verənə qədər döyüşməyə davam edəcək.

Danışıqlar davam etsə də, Moskva Ukraynadan qoşunlarını Ukraynanın ən güclü müdafiə xətlərindən biri hesab edilən Donetsk bölgəsindəki istehkamlı şəhərlərdən çıxarmağı tələb edir. Rusiyanın bu tələbi faktiki olaraq Ukraynanın bu strateji əhəmiyyətli ərazilərdən imtina etməsi deməkdir. Donetsk qubernatoru Vadim Filaşkin danışıqlar başlamazdan bir müddət əvvəl Rusiya qüvvələrinin Ukraynanın şərqindəki izdihamlı bazarı kaset bombaları ilə atəşə tutduğunu açıqladı. Hücum nəticəsində ən azı yeddi mülki şəxs həlak olub, 15 nəfər yaralandı.

Bəzi məlumatlara görə, danışıqlar konstruktiv keçib, lakin tərəflər arasında kəskin fikir ayrılıqları davam edir. Moskvanın Kiyevi güzəştə getməyə məcbur etmək üçün təzyiqləri artırdığı bu prosesdə beynəlxalq müşahidəçilər Əbu-Dabidəki təmaslardan irəli gələcək konkret addımları izləyir.

Məğrur,

Sitat.info



Xəbər xətti