"İranda sistem dəyişikliyi mümkün olmayacaq" -Politoloq

09:57 3 Mart 2026

"ABŞ Yaxin Şərqdə hərbi bazalari sıradan çıxarılır. Həmçinin İsrailin təhlükəsiz və müdafiə qabiliyyətinin yüksək səviyyədə olmadığı aydın oldu".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatları yeni dünya siyasi nizamında Yaxın Şərqdə öz geosiyasi mövqelərini gücləndirmək və Çinin regiona daxil olmasını qarşısını almaqdır: "İranın hərbi infrastrukturu dağıdılır və ölkə kifayət qədər zəifləyəcək. Amma, xalqın ayağa qalxıb sistemi dəyişməsi mümkün deyil. Bundan sonra, İran xalqı R. Pəhləvini qəti şəkildə qəbul etməyəcək".

M.Əsədullazadə vurğulayıb ki, beynəlxalq hüquq baxımından İrana hücum yolverilməzdir: "Amma, İranın Yaxin Şərqdə və qonşularına qarşı siyasəti birmənalı olmayıb. Qeyd edim ki, İran nüvə silahı əldə etməsi mümkün idi. Çünki, İran nüvə silahına özünün varlığı kimi baxırdı. Artıq, 28 fevraldan əvvəlki İran olmayacaq. Yaxın Şərqin siyasi nizamı dəyişir. Bundan sonra da Ərəb ölkələri ABŞ etimad etməyəcək".

Aytac,

Sitat.info



Xəbər xətti