Ukrayna Baş Qərargahının Hüquq Departamentinin rəisi, polkovnik Yuri Bobrov Ukraynanın paytaxtı Kiyevdə Baş Qərargah binasının qarşısında silahını boşaltmaq üçün uşaqların olduğu əks istiqamətə məqsədsiz şəkildə atəş açıb.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, bu zaman binanın qarşısında oynayan 2 uşaq böyük qorxu yaşayıb, güllələr təsadüfən uşaqlara dəyməyib: " Təhlükəsizlik kameralarına düşən görüntülərin ortaya çıxmasından sonra hərbçinin davranışı böyük əks-səda doğurub".
Ukraynanın müdafiə naziri Oleksi Reznikov görüntülərin təsdiqindən sonra verdiyi açıqlamada, hadisənin araşdırılacağını deyib: "Hadisənin aydınlaşdırılması üçün dərhal araşdırmalara başlanılıb. Bu, həm intizam, həm də cinayətdir. Silahlı Qüvvələrin rəis müavininin rəhbərliyi ilə komissiya yaradılıb. İstintaq zamanı adı çəkilən hərbçi vəzifəsindən azad edilib”.
Səid İsaoğlu,
SİTAT.İNFO