Makron Rusiyanı niyə müdafiə etdi: Tarixdən dərs...

07:22 14 İyun 2022

"Makronun, “Rusiyanı alçatmaq olmaz, anlaşmaq/anlamaq lazımdır”, tezisinə Borreldən dəstək gəlsə də, bəzi Avropa ölkələri, ABŞ siyasətçiləri bu fikri sərt tənqid ediblər. Amma bu cümlənin fransız tərəfindən deyilməsində böyük hikmət, tarixi təcrübə var".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, məğlubiyyət daha təhlükəli liderlər yetişdirir: "Birinci Dünya müharibəsindən sonra Almaniya alçaldıcı sülhə imza atmağa məcbur qaldı, tək bəzi torpaqlarını deyil də, qürurunu da itirdi, aşağılandı, Fransa isə qalib ölkə kimi Almaniya ərazisində istədiklərini edir, alman xalqını hər addımda alçaldırdılar – nəticədə bu vəziyyət Hitleri “doğdu”. Cəmi 20 il sonra Almaniya Parisə daxil olub Fransanın tamamına yaxınını işğal etdi, sonda məğlub olsa da, Avropa və dünya üçün fəlakətlərə yol açdı, 100 mln. insanın həyatına, onminlərlə şəhərlərin, kəndlərin dağıdılmasına yonl açdı. Makron və Fransa tarixi yaxşı bildiyi üçün bu sözü deyib – aşağılanmış, alçaldılmış Rusiya Putindən də betər birini “doğacaq”. Dünya fəlakətlərlə üz-üzə qala, hətta nüvə müharibəsi təhlükəsi sivilizasiyanın tamamən məhv olması ilə nəticələnə bilər. Məhz buna görə Makron belə bir bəyanatla çıxış edib". 

Banu,

SİTAT.İNFO



Xəbər xətti