Hər kəsi düşündürən bir sual var. Ukrayna Silahlı Qüvvələri silah aldıqdan sonra Rusiyaya effektiv müqavimət göstərə biləcəkmi?
Amma sualı bir qədər fərqli qoymaqda fayda var. Ukrayna ehtiyacı olduğu əsas silahları ala biləcəkmi?
Xeyr, Ukrayna çətin ki, ehtiyac duyduğu bütün hərbi yardımı ala bilsin. Çünki Kiyevin tələbi Qərb tərəfdaşlarının imkanlarından qat-qat artıqdır. Bu, təkcə siyasi deyil, bir çox səbəblərə görə baş verir.
Söhbət ümumiyyətlə belə silahların mövcudluğundan və Ukraynaya verilə biləcək silahların olmasından gedir. Əgər Ukraynanın tərəfdaşlarında belə silahlar olsa belə, onlar Ukraynaya hər şeyi verə bilməzlər. Bununla da özlərinin müdafiə qabiliyyətini zəiflədə bilməzlər. Bu, xüsusilə də Baltikyanı ölkələrə və ya Şərqi Avropaya aiddir.
Hazırda Ukraynaya gətirilən silahlar Ukrayna Silahlı Qüvvələrinə daha uzaq məsafədən zərbələr endirməyə imkan verən sistemlərdir. Ukraynanın bundan istifadə edib- etməyəcəyi isə hələ bəlli deyil.
Nərgiz LİFTİYEVA
SİTAT.İNFO