Dünya liderləri "Rusiya təhlükəsinə" görə 4 günlük toplanacaq: NATO-nun yeni konsepsiyası...

13:46 14 İyun 2022

"NATO-nun növbəti sammiti iyunun 26-28 tarixlərində Madriddə keçiriləcək. İyunun 28-30 tarixlərində isə “böyük yeddilərin” Berlində zirvə toplantısı olacaq. İki mötəbər tədbirin ard-arda keçirilməsi qısa zaman ərzində böyük dövlətlərin liderlərini birgə toplantılarını təşkil və dünyanı narahat edən mövzuları müzakirə etməkdir".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, liderlərin müzakirə edəcəyi mövzu bəllidir: "NATO və “böyük yeddilərin” toplantısında Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi müzakirə olunacaq. Böyük dövlətlər Rusiyanı hələ ki, dayandıra bilmirlər. Əksinə yay aylarında müharibə daha da şiddətlənib. Kreml işğalçı müharibəni davam etdirməkdə israrlıdır. Sanksiyalar Rusiyanın gəlirlərini azaltsa da, müharibəni dayandırmaq üçün yetərli deyil. Böyük dövlətlərin liderləri NATO və “böyük yeddilərin” toplantısında daha kəsərli addımların atılması barədə düşünməli və qərarlar verməlidirlər. ABŞ-ın NATO-dakı təmsilçisi Julian Smit bildirib ki, Şimali Atlantika Bloku yeni strateji hazırlayır. Bu konsepsiyaya görə Rusiya təşkilata əsas təhlükə adlandırılacaq".

Politoloq vurğuladı ki.  Yaponiyanın baş naziri Fumio Kisidonun da NATO-nun zirvə toplantısına qatılacağı xəbəri yaylıb: "Halbuki, Yaponiya NATO-nun üzvü deyil. Rusiyanın Ukraynaya qarşı işğalçı müharisəbi Tokionu da narahat edir. Yaponiya Rusiya ilə əlaqələrini aşağı səviyyəyə endirib, bu ölkə ilə bir sıra birgə layihədən imtina edib. Digər tərəfdən Tokio bölgədə Çinin artan hərbi gücündən və Şimali Koreyanın nüvə sınaqlarından narahatdır. Digər tərəfdən Çinin Tayvan adasını nəzarət altına alması istəyi Qərb ölkələrində olduğu kimi Yaponiyada da təhlükə mənbəyi kimi qiymətləndirilir. Yaponiyanın baş naziri bu mövzuları NATO və “böyük yeddilər” çərçivəsində həmkarlarıyla müzakirə etmək istəyir".

Banu,

SİTAT.İNFO



Xəbər xətti