Daşkəsəndə 40 yaşlı kişini ildırım vuraraq öldürüb.
"Sitat.info" xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Belə ki, Samux rayon sakini Mahir Səfərov yaylaqda kənd təsərrüfatı ilə məşğul olarkən ildırım onun əlindəki aliminium bidona düşüb. Həmin vaxt M.Səfərovun ailə üzvləri də orada olub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılır.
/Qafqazinfo