Yunanıstan Türkiyə ilə müharibə edə bilməz: Gərginliyin səbəbi başqadır...

14:06 14 İyun 2022

"Son həftələr Türkiyə ilə Yunanıstan arasında münasibətlər gərginləşib. İlk baxışdan tarixi, strateji qarşıdurma kimi görünsə də, son gərginlik daha çox taktiki məsələlərin həllinə yönəlib. Çünki iki NATO ölkəsi bir-biri ilə texniki olaraq müharibə edə bilməz, etməz".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, Yunanıstanın özü də Türkiyə ilə real müharibə edə bilməyəcəyini bilir: " Türkiyə hərbi anlamda Yunanıstandan çox güclüdür – son gərginliyin əsas hədəfi taktiki məsələdir. Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyü üçün haqlı tələblər irəli sürüb problem yaradır, buna qarşı Türkiyəni qəzəbinə səbəb olacaq addım kimi Yunan adaları hərbiləşdirilir. Sonda Türkiyəyə deyəcəklər ki, siz üzvlük məsələsində yumşalın, biz də Yunanıstanın qulağını çəkək, adalardan hərbi infrastrukturu yığışdırsınlar, ya da azaltsınlar".

Lamiyə Xəqani

SİTAT.İNFO



Xəbər xətti