Qarabağdakı terrorçular dərhal hüquq-mühafizə orqanlarımıza təhvil verilməlidir"- SİYASİ ŞƏRHÇİ

15:32 14 İyun 2022

"Təəssüflər olsun ki, Qarabağdakı separatçılar boğazdan yuxarı "bəyanatlar" verməyə davam edir. Azərbaycan ictimaiyyətinin bütün haqlı narazılıqlarına baxmayaraq, Rusiya sülhməramlıları terrorçuların səsini kəsməkdən boyun qaçırır. Ümumilikdə isə həm sülhməramlılıq fəaliyyətinin, həm də bütövlükdə Azərbaycan-Rusiya strateji əlaqələrinin ruhuna zidd proseslər baş verir".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi Tural İsmayılov deyib. 

Onun sözlərinə görə, Azərbaycan ərazilərindəki bütün terrorçular dərhal Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməlidir: " Təsəvvür etmək olardımı ki, Azərbaycan Rusiya əleyhinə hansısa separatçılıq edən kimlərisə mühafizə edir? Düşünürəm ki, Rusiya Azərbaycan əleyhinə fəaliyyət göstərən separatçıları Azərbaycana təhvil vermədikcə, iki ölkə arasındakə əlaqələrin gələcəyi spekulyativ olaraq qalacaq".

T.İsmayılov vurğuladı ki, Xankəndidəki separatçıların Azərbaycan əleyhinə "bəyanat" və açıqlamaları Rusiyaya qarşı güvənsizliyi artırır: " Özəlliklə son günlərdə fəallıq edən separatçılar bir növ danışdırırlırlar. Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsinin imzalanmağının birinci ilinə doğru separatçıların ortaya atılmağı da düşündürücü məqamdır".

Safura Bənnayeva,

SİTAT.İNFO

 



Xəbər xətti