Xersonda rus qoşunlarının gəlişindən sonra işğalçı qüvvələrin tərəfinə keçən keçmiş mer Volodimir Saldonun xidməti avtomobili partladılıb.
SİTATA.İNFO xəbər verir ki, bu barədə keçmiş xalq deputatı, hazırda Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Andrey Nemirovski Facebook-da məlumat verib.
Nemirovskinin sözlərinə görə, partlayış zamanı Saldo mühafizəçilərlə birlikdə avtomobilin içərisində olub. Qeyd edək ki, Volodimir Saldo işğalçılar tərəfindən təyin edilmiş Xerson vilayətinin başçısı idi.
"İndiyədək təsdiqlənməmiş məlumatlara görə, işğal olunmuş Xersonda vilayət administrasiyasının binası yaxınlığında Saldonun xidməti avtomobili partladılıb. Partlayışlar zamanı o, mühafizəçiləri ilə birlikdə avtomobildə olub. Onlar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb, reanimasiya şöbəsinə yerləşdiriliblər.
Banu,
SİTAT.İNFO