“Toyota Prius” aşdı, sərnişinlər xəsarət aldı - Foto

13:18 15 İyun 2022

Hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

“Sitat.info” xəbər verir ki, hərəkətdə olan “Chevrolet Aveo” markalı avtomobil idarəetməni itirərək “Toyota Prius” markalı avtomobilə çırpılıb.

Nəticədə “Toyota Prius” aşıb, avtomobildə olan sərnişinlər xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

 

 

/Qafqazinfo



Xəbər xətti