Autizmli qızlarının təhsili üçün İstanbula gələn azərbaycanlı ailə xüsusi təhsil və reabilitasiya mərkəzi yaratmaq istədikləri zaman qızlarının müəllimi tərəfindən aldadıldıqlarını iddia edirlər.
SİTAT.İNFO xəbər verir ki, Bahar Niyazova və Qədir Niyazov 2017-ci ildə autizmli qızlarının daha yaxşı şəraitdə təhsil alması üçün İstanbula gəliblər. Dostlarının məsləhəti ilə qızlarını xüsusi təhsil və reabilitasiya mərkəzinə göndərən ailə S.B. adlı müəllimlə tanış olublar. Bir müddət sonra S.B. ayda min dollarqarşılığında evdə qızlarına dərs deməyə başlayib. İki ildir qızlarını öyrədən S.B.-nin birlikdə xüsusi təhsil və reabilitasiya mərkəzi açmaq təklifini qəbul edən azərbaycanlı cütlük öz ölkələrindəki evlərini sataraq S.B-yə 60 min dollar təhvil veriblər.
Türkiyə vətəndaşı olmadıqlarına görə rəsmi ortaq ola bilməyəcəklərini deyən S.B. aralarında notariat qaydasında təsdiq edilmiş xüsusi müqavilə bağlayacaqlarını, lakin təlim mərkəzini öz adına açmalı olduqlarını bildirib. Ailə bu müddət ərzində Azərbaycana gedib və qayıdıb. S.B.-nin dediyi sənəd heç gəlməyib. Vəziyyətdən şübhələnən ailə Başakşehirdə onlara aid olduğunu düşündükləri reabilitasiya mərkəzinə gedərkən aldadıldıqlarını anlayıblar.
Prokurorluqda cinayət işi açan azərbaycanlı ailə məhkəmə prosesinin yekununu gözləyir.
“Qızımı xilas etmək üçün bu yola çıxdıq”
Bahar Niyazova 2 il evlərinə gələn və qızına fərdi dərs deyən S.B.-yə çox güvəndiklərini deyib: "Evimizin bir fərdi kimi idi. Həyat yoldaşımı davamlı həvəsləndirirdi ki, biz də belə bir iş quraq.Əmin olduq, əcnəbi olduğumuz üçün məktəbi öz adına açacağını açacağını dedi: “Aramızda notariusda sənədlər imzalayacaqdı, pul qoyacaqdır, biz də ona 40 faiz pay verəcəkdik. O, biznesi pulsuz idarə edəcəkdi. Mənim qızım da orada təhsil alacaqdı. Qızımı xilas etmək üçün bu yola çıxdıq”.
Niyazova bildirib ki, əri Azərbaycandadır və buna görə də bütün işlərlə S.B. məşğul olub: "Bizi aldatdılar. Dedilər ki, sənin adın Milli Təhsil qeydlərində olmayacaq, amma aramızda müqavilə bağlayacağıq, notariusda imzalayacağıq. .Niyyətinin pis olduğunu o zaman anlamadıq. Sonra gördük ki, məktəb açıblar, yəni rəsmi əməliyyatlar ediblər".
Bu prosesdə aydın oldu ki, S.B. 2016-cı ildə cinayətkar olduğu üçün müəllimlikdən qovulub, sonra gəlib bu ailənin qızına dərs deyib: "Mən övladımı ona etibar etmişəm. Müəllim kimi bir çox qanunsuz əməli var imiş. Uşağımı da qurban verib. Mən bu vəziyyətdən, eləcə də qızımın təhsilsiz olmasından da şikayət edirəm".
Lamiyə Xəqani,
SİTAT.İNFO