İyunun 12-si Şəki şəhərində toy hazırlıqları üçün yola çıxan nişanlı cütlük qəzaya uğrayıb. “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan nişanlısı 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Bu gün Balakən rayon Hənifə kənd sakini olan Göyüşova Günel bu gün Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
SİTAT.İNFO-nun əldə etdiyi məlumata görə, cütlük Bakıda yaşayırmış, amma əslən Balakənli olduqları üçün toyu orada keçirməyə qərar veriblər. Bakıdan yola çıxan cütlük hazırlıqları tamamlamaq üçün Şəki şəhərinə gedərkən hadisə baş verib.
İyunun 19-a təyin olunan toy isə gənclərin yas çadırına çevrilib.
Qeyd edək ki, qəzada ağır xəsarət alan və başından ağır şəkildə yaralanan Günel Göyüşova iyunun 12-dən bəri komada olub, bu gün günorta saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı.
Allah rəhmət eləsin.
Səid İsaoğlu,
SİTAT.İNFO