1990-cı illərdə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri olmuş Vladimir Kazimirov yenidən xortlayıb. O, çıxışında 2020-ci ilin noyabrında bölgədə tərəflər arasında başlanmış müharibəyə görə Azərbaycanı təqsirkar bilib, prezident İlham Əliyevin tökülən qana, müharibənin fəlakətlərinə görə siyasi və mənəvi məsuliyyət daşıdığını iddia edib. Aydındır ki, Kazimirovun Rusiya mətbuatında absurd iddialarla qarayaxma kampaniyası aparması kənardan gülünc görünür.
Azərbaycan siyasətçiləri də Kazimirova sillə kimi cavablar veriblər. Hətta ölkə müxalifətindən də reaksiyalar gəlib.
ADP sədri Sərdar Cəlaloğlu SİTAT.İNFO-ya açıqlamasında Kazimirovun ittihamlarına belə cavab verib:
"İlham Əliyev beynəlxalq hüquqdan fərqli hansısa müddəa ortalığa qoyubmu? Ermənilər deyir ki, biz beynəlxalq hüququ bir kənara qoyub, Azərbaycanla Ermənistan arasında sülhün bağlanmasına subyektiv mülahizələr artırmalıyıq. Yəni, hüquq yox, siyasət yox, hansısa politoloqun fikirlərinə əsaslanaraq, dövriyyə buraxıb, istəyirlər ki, beynəlxalq məsələlər kənarda qalsın, münaqişə həll olunmasın. İşğalçı Ermənistan, ruslarla birlikdə Azərbaycana qarşı genosidi törədən ermənilər, Azərbaycan ərzisində qeyri-qanuni silahlı dəstələr saxlayan ermənilər və onlara dəstək verən Rusiya. Nəyə görə Azərbaycan və İlham Əliyev qınanmalıdır? Sizcə, kim qınanmalıdır? Putin, yoxsa İlham Əliyev?".
Nərgiz LİFTİYEVA,
SİTAT.İNFO