Azərbaycanda azyaşlılardan birinə ehtimal olunur ki, anası tərəfindən narkotik maddə verilib.
Bu barədə SİTAT.İNFO-ya Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə danışıb.
Onun sözlərinə görə, azyaşlının vəziyyəti normal deyil.
"Narkotik istifadəçisi, zorakı "anacıqdan" uşaq alınıb, sığınacağa yerləşdirildi. Uşağın durumu bərbad. Ehtimal olunur ki, sakit qalması üçün "patı" verilib.
Hər gün daha çox qanunların sərtləşməsinin tərəfdarı oluram",-deyə Kəmalə Ağazadə bildirib.
Murad