Bu gün səhər saat 10:00 radələrində Keşlə stansiyasının girişində kontakt şəbəkədə elektrik enerjisinin olmaması səbəbindən Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, kontakt şəbəkəsini qidalandıran fider xəttində yaranmış nasazlığın aradan qaldırılması üçün dərhal tədbirlərə başlanılıb.
Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 6 saylı Dartı Yarımstansiyasından çıxan yüksəkgərginlikli hava elektrik xətlərinin altında və mühafizə zonasında qanunsuz tikilən yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşməsi ağır texnikanın qəza baş verən əraziyə daxil olmasına çətinliklər yaradıb.
Saat 10:37-də qatarların hərəkətini bərpa etmək mümkün olub. Hazırda qatarlar cədvələ uyğun hərəkət edir. Hadisə aidiyyəti üzrə araşdırılır.
***19:46
Bakı-Sumqayıt elektrik qatarı 40 dəqiqədən çox yolda hərəkətsiz dayanıb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə jurnalist Natiq Cavadlı feysbuk hesabında yazıb.
O qeyd edib ki, elektrik qatarının dayanmasına səbəb işığın sönməsidir.