Zaqatalada yaşlı kişi anidən çaqqalın hücumuna məruz qalıb.
Hadisə rayonun Bəhmətli kəndində baş verib. Kənd sakini 72 yaşlı Mümtəzir Muradov ailəsinə məxsus qoyunları otaran zaman yaxınlıqdakı kolluqdan çıxan çaqqal qoyunlara hücum çəkib.
Mümtəzir Muradov bildirir ki, kənddə yırtıcıların, əsasən də çaqqalların əlindən rahat gəzə bilmirlər. Artıq çaqqallar günün istənilən saatında həyətlərə belə girir.
Qeyd edək ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Mümtəzir Muradova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Hazırda o, qrafikə uyğun olaraq peyvəndlənir.
Ətraflı süjeti təqdim edirik: