Xətaidə çoxmərtəbəli yaşayış binası yanır - VİDEO

11:12 17 İyun 2022

Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 45 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Binadakı mənzillərdən birində baş verən yanğının digər mərtəbələrə də yayılmaq təhlükəsi yaranıb.

Hazırda hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadaları cəlb olunub. 
 



Xəbər xətti