SON DƏQİQƏ! Ukrayna silah və əsgər daşıyan rus gəmisini vurdu: "Moskva" ekipajına salam deyin!"

12:11 17 İyun 2022

İlan adasının yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus "Harpun" raketləri işğalçıların "Vasili Bex" yedək gəmisini vurub.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının sədri Maksim Marçenko öz Teleqramında məlumat verib.

"Bu səhər Qara dəniz donanmasının döyüş sursatı, silah, şəxsi heyət və TOR hava hücumundan müdafiə sistemini İlan adasına daşıyan "Vasili Bex" yedək gəmisinə  Harpun raketləri düşüb". 

Maksim Marçenko "Moskva" ekipajına salam deyin!"- deyə əlavə edib. 

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri “Facebook” səhifəsində yedək gəmisinə zərbə endirdiyini təsdiqləyib.

“Qara dənizdə Qara dəniz donanmasının Vasili Bex yedək gəmisi donanmanın döyüş sursatı, silahları və şəxsi heyətini İlan adasına daşıyarkən vurulub”.

Qeyd olunur ki, hətta göyərtəsində TOR zenit-raket kompleksinin olması da Ukrayna Hərbi Dəniz Qüvvələrinin rus işğalçılarını “demilitarizasiyası” üçün maneəyə çevrilməyib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın İlan adasında gücləndiyi və desant gəmilərini orada buraxdığı bildirilirdi.

Nigar Abuzər,

SİTAT.İNFO



Xəbər xətti