"Putin nüvə zərbəsi endirmək istəsə, Qərb bunu iki dəqiqə qabaq biləcək" - Tanınmış politoloqdan ilginc açıqlama 

15:28 17 İyun 2022

"Nüvə müharibəsi məsələsində Rusiyanın Qərb ölkələri üzərində qələbə çalması mümkün deyil. Burada zaman məsələsi var, önləyici zərbə məsələsi var. O məsələdə Qərb Rusiyadan vaxt baxımından  iki dəqiqə qabaqdadır. Amerika və  İngiltərə Rusiyanın  nüvə zərbəsi endirməsini  iki dəqiqə öncədən  biləcəklər. İki dəqiqə də kifayətdir ki, zərbə endirilən məntəqələrin yeri müəyyənləşsin və qabaqlayıcı zərbə endirilsin" 
Bu sözlər SİTAT.İNFO-ya  açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Politoloq  vurğulayıb ki, Rusiyanın nüvə müharibəsi edərsə, heç bir uğur əldə etməyəcək: "Ümumiyyətlə, nüvə müharibəsi məsələsində Rusiyanın uğuru olmayacaq. Nüvə müharibəsi ilə kimisə təhdid etmək indiki şəraitdə  mümkünsüzdür. Ona görə də Rusiya yüz ölçüb, bir biçməlidir. Putin, sən bir raket, tank istehsal edə bilmirsən, nüvə müharibəsindən danışırsan. Bir tank istehsal etmişdin, onu da ki, "Javelin" silahı ilə məhv elədilər".


Safura Bənnayeva,
Sitat.info



Xəbər xətti