Bərdədə daha bir qadının xəstə nəvəsini diləndirməsi ilə bağlı məlumat yayılıb.
SİTAT.İNFO xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
O bildirib ki, uşağa DSP diaqnozu qoyulub və o, buna görə müavinət alır, ancaq buna baxmayaraq, nənəsi tərəfindən Bərdə bazarında mütəmadi olaraq diləndirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı “qafqazinfo” ya açıqlamasında bildirib ki, məsələdən məlumatlıdırlar:
“Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”.