Ermənistanın müddətli hərbi qulluqçusu Basarkeçər istiqamətində güllə yarasından ölüb.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, hadisə dünən, günün ikinci yarısında baş verəb.
“Erməni əsgər “düşmənin” (Azərbaycan Ordusu nəzərdə tutulur – red.) cavab atəşi nəticəsində ölüb”, - məlumatda iddia edilib.
Məlumatı erməni mediası yerli icmaya istinadla yayıb: ölən əsgərin nə ad-soyadı, nə də haradan çağırıldığı haqda məlumat var. Ermənistan Müdafiə Nazirliyi də bu mövzuda hər hansı açıqlama verməyib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi 17 və 18 iyun gündüz və 19 iyuna keçən gecə Ermənistanın Basarkeçərdə yerləşən bölmələri tərəfindən Kəlbəcər rayonunun atəşə tutulduğu haqda məlumat yayıb.
Onu da vurğulayaq ki, nazir Zakir Həsənov iki gündür Kəlbəcər və Laçın ərazisindədir.
/Axar.az