ANAMA-nın daha bir əməkdaşı- MİNAYA DÜŞDÜ

14:17 19 İyun 2022

İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəbrayıl rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Cəbrayılda ANAMA-nın daha 7 əməkdaşı mina partlaması nəticəsində yaralanmışdı.

 



Xəbər xətti