Ermənistanın Araqasotn rayonunda atışma olub.
Sitat.info “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub.
Bir neçə nəfər arasında baş verən qarşıdurma silahlı insidentlə nəticələnib. Atışma zamanı 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan ikisi orada ölüb.
Bildirilir ki, yaralılardan ikisi ağır vəziyyətdədir.
Qeyd edilir ki, atışma zamanı ov tüfəngindən istifadə olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Polis insidentin məişət zəminində baş verdiyini bildirib. Hüquq-mühafizə orqanlarından qeyd edilib ki, atışma Rusiyadaxili məsələ ilə bağlı olub. Bununla belə, polis təfərrüatı açıqlamaqdan imtina edərək, hadisə barədə daha sonra ətraflı məlumat verəcəyini bildirib.
Ölənlərdən biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Atışma zamanı həlak olan daha bir nəfər - Amayak Mikaelyan isə hərbi qulluqçu olub.
"Politik.am" isə bildirib ki, "Vətəndaş sazişi" Partiyasının üzvlərindən biri Baş nazir Nikol Paşinyanı təhqir edən gəncləri atəşə tutub. Nəşrin məlumatına görə, atışma zamanı "Kalaşnikov" avtomatından istifadə edilib.
Faktla bağlı araşdırma aparılır.