Rusiya-Ukrayna müharibəsi başlayarkən, hər nə qədər Rusiyanın sanksiyalar altında əziləcəyi deyilsə də, artıq vəziyyət tərsinə dəyişib. Belə ki, Rusiyanın adekvat addımları həm yüksələn enerji qiymətləri ilə Avropa dövlətlərini sıxışdırır, həm də Ukraynanın taxıl ixracına yaradılan əngəl bütün dünyanın ərzaq təhlükəsizliyini təhdid edir. Bəs görəsən, Rusiyanın dünyanı aclıq sınağına çəkməsi nə qədər davam edəcək? Ernertji məhsullarına alternetiv tapmaq müəyyən zaman çərçivəsində mümkün olsa belə, taxıl məsələsində bu o qədər də asan deyil. Ukrayna taxıl ixracı ilə bağlı dəhlizin açılması məsələsinə görə Rusiyaya güzəştə getməyə vadar edilə bilərmi?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən siyasi şərhçşi Tural İsmayılov bildirdi ki, Rusiya Ukrayna savaşının səbəb olduğu hazırkı situasiyanın nəticələrini yaxşı bilir: " Bütövlükdə anlayır ki, dünyadakı ərzaq kataklizmlərinin müəllifi olmaq çətin proseslərlə nəticələnəcək. Çünki ərzaq böhranı zəncirvaridir və birincisi, Rusiyanın özü üçün də istehlak və idxalat mallarında çətinliklərə , ikincisi, Rusiyanın nəzarət etdiyi beynəlxalq ticari sövdələşmələrə səbəb olacaq, üçüncüsü Rusiyanın geostrateji güc olduğu Mərkəzi Asiyada və başqa ərazilərdə də problemlər yaranacaq. Bu baxımdan hesab edirəm ki, Rusiya taxıl probeminin qısa zamanda həll olunmasını istəyir".
T.İsmayılov vurğuladı ki, eyni zamanda Rusiya bu məsələdə də hansısa güzəştlər istəyir: "Hazırda yalnız Türkiyə bu məsələdə etibarlı tərəfdaş kimi qəbul edilir. Hesab edirəm ki, Türkiyənin səyləri ilə Rusiya müəyyən güzəştlər əldə edəcək. Qışa doğru vəziyyət qaydasında olacaq, amma ərzaq böhranı istənilən halda qaçılmazdır".
Güzəştlərin motivinə gəlincə, siyasi şərhçi vurğuladı ki, Ukrayna hansısa bir formada ərazi güzəştinə getməyəcək: "Nəzərə almaq lazımdır ki, ərazi bütövlüyü Ukrayna da daxil olmaqla bütün dövlətlər üçün qırmızı xəttdir. Ukrayna həftə Fransa və Almaniya ilə ərazi güzəştləri ilə bağlı üstüörtülü çağırışlara görə soyuq münasibət yaradır artıq. Özəlliklə, bu qədər Ukraynaya dəstək olan bir məqamda Ukrayna hansısa ərazi güzəştləri etsə bu, onun dövlətçiliyinin süqutu olar".
Nigar Abuzər
SİTAT.İNFO