Türkiyədə meşə yanğının söndürülməsinə 20 helikopter, 14 təyyarə cəlb olunub - YENİLƏNİB-4

09:52 22 İyun 2022

Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda dünən başlayan meşə yanğını gecə saatlarında lokallaşdırılsa da, yenidən alovlanıb.

Sitat.info NTV-yə istinadən xəbər verir ki, Bördübet məhəlləsində yanğının söndürülməsinə həm yerdən, həm də havadan müdaxilə edilir.

250 hektar ərazini əhatə edən yanğının söndürülməsinə 20 helikopter və 14 təyyarə cəlb olunub.

Yanğının qarşısının alınmasında ümumilikdə 1494 yanğınsöndürən, 363 yanğınsöndürən maşın və 39 texnika iştirak edir.

Daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi və digər rəsmi şəxslər yanğın bölgəsindədir.

Yanğının səbəbləri hələlik məlum deyil. Dronlar tərəfindən aşkarlanan yanğın küləyin təsiri nəticəsində qısa müddətdə böyük əraziyə yayılıb.

Yanğın təhlükəsi ilə əlaqədar 30 ev təxliyə edilib.

Daxili işlər naziri Soylu yanğının sabotaj olması ehtimalının araşdırıldığını bildirib.

***

04.07

Muğladakı meşə yanğını söndürülüb.

Sitat.info xəbər verir ki, bu barədə rəısmi Anadolu Agentliyi məlumat yayıb. Bildirilib ki, yanğınla mübarizəyə çox sayda texnika cəlb olunub. Hazırda ərazidə təhqiqat aparılır.

***

02.26

Muğladakı meşə yanğını dronla aşkar edilib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.

Nazirlik qeyd edib ki, Hərbi Dəniz Qüvvələrinə məxsus dronun uçuşu zamanı yanğın aşkar edilib. Dərhal müvafiq dövlət qurumları məlumatlandırılıb. Alovla müabrizəyə canlı qüvvə və texnika göndərilib.

***

02.13

Muğlada yanğınla mübarizə davam edir.

Sitat.info xəbər verir ki, kənd təsərrüfatı naziri Vahid Kirişçi yanğınla bağlı mətbuata açıqlama verib.

Nazir bildirib ki, yanğın başladıqdan 10 dəqiqə sonra yanğınsöndürənlər hadisə yerinə çatıb. Yanğınla mübarizəyə 150-dən çox texnika və 600-dək şəxsi heyət cəlb olunub.

***

01.11

Türkiyənin Muğla vilayətində meşə yanğını baş verib.

Sitat.info xəbər verir ki, yanğın Marmaris rayonunda qeydə alınıb. Yanğınla mübarizəyə canlı qüvvə və helikopterlər cəlb olunub. Daxili işlər naziri Süleyman Soylu hadisə yerindədir.

 

/Apa



Xəbər xətti