Rusiyanın “Mi-8”sərhəd vertolyotu Estoniyanın hava məkanını pozaraq, iki dəqiqəyə yaxın orada qalıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki Koidula bölgəsində baş verib. Rusiya səfiri Vladimir Lipayev Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyaya nota verilib.
Telekanalın məlumatına görə, Rusiya helikopterinin uçuş planı olmayıb və onun transponderi söndürülüb.
Bundan əlavə, Estoniya Hava Hərəkəti Xidməti hava sərhəddini keçən pilotla rabitə əlaqəsinə girmək istəyiblər. Mümkün olmayıb.
Estoniya Xarici İşlər Nazirliyi bu hadisəni qəbuledilməz sayır və gərginliyə səbəb olacağını bildirib.
Xatırladqaq ki, bu il ruslar Estoniya hava sərhədini iki dəfə pozub. Ötən il isə beş belə pozuntuya yol veriblər.
Bundan əlavə, Rusiya qoşunları Estoniya sərhədi yaxınlığında raket hücumlarını simulyasiya edərək təlimlər keçirir.
Bloomberg-in məlumatına görə, Estoniya Müdafiə Nazirliyi Kremllə NATO dövləti arasında gərginliyin artacağı ilə bağlı xəbərdarlıq edib.
Departamentin dövlət katibinin müavini Rein Tammsaar Rusiya Federasiyasını qoşunlarını Ukraynadan çıxarmağa və qanlı müharibəni dayandırmağa çağırıb.
Bundan əlavə, o, Kalininqrad vilayətinin blokadası fonunda Litva ilə həmrəy olduğunu bildirib və onun Avropa İttifaqının dördüncü sanksiyalar paketinin qərarını həyata keçirdiyini qeyd edib.
Safura Bənnayeva,
SİTAT.İNFO