"Özbəkistan Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verən ölkələrdəndir. SSRİ dağıldıqdan sonra Azərbaycanla Özbəkistan arasında güclü əlaqələr ərsəyə gətirildi. Ümummili liderimiz Heydər Əliyevlə Özbəkistanın o zamankı dövlət başçısı İslam Kərimov arasında dostluq əlaqələri iki ölkə münasibətlərinin daha da dərinləşməyinə rəvac verdi. Bu gün də cənab İlham Əliyevlə Şavkat Mirziyayev arasında həmin dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edir".
Bu sözləri siyasi şərhçi Tural İsmayılov Sitat.info-ya açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Özbəkistan Azərbaycan üçün Mərkəzi Asiyada strateji əhəmiyyətə malik, qardaş ölkədir: "Özbəkistan da Azərbaycan kimi hərbi bloklara yönəlmir və ortaq məsafə saxlayır. Eyni zamanda Özbəkistan Azərbaycanla Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatında (TDT) ortaq addımlar atan ölkədir. Dünən Daşkənddə imzalanan bəyannamə iki ölkə münasibətlərini siyasi və humanitar əlaqələrdən iqtisadi, enerji məsələlərinə qədər daha da sıx birləşməyə yönəldir".
Şərhçi vurğuladı ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Özbəkistan Mərkəzi Asiyadan Avropaya qədər uzanan yeni layihələrdə vacib yerlərdən birini tutan bilər: "Həmçinin, bəyannamədə hərbi sahədə əməkdaşlıq müddəası iki ölkənin də müdafiə və təhlükəsizlik imkanlarını genişləndirir. Daşkənd Bəyannaməsi TDT daxilində daha koordinasiyalı yeni əməkdaşlıqlara da rəvac verəcək. 2023-cü ildə Azərbaycan-Özbəkistan münasibətləri önəmli bir məsafə qət etmiş olacaq".
Lamiyə Xəqani,
SİTAT.İNFO