Diyarbakırın Lice bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyə ordusunun 3 əsgəri ağır yaralanıb.
Sitat.info xəbər verir ki, xəstəxanaya nəql edilən 2 əsgərin həyatını xilas etmək mümkün olmayıb. Onların şəhid olduğu bildirilib. Yaralı əsgərin müalicəsi davam edir.
Türkiyə Daxili İşlər Nazirliyindən verilən açıqlamada bu ifadələr yer alıb: "Lice Jandarma Alay Komandirliyi tərəfindən 22 iyunda əyata keçirilən "Eren Blokada-18 Əməliyyatı"nda terrorçularla silahlı qarşıdurma zamanı Diyarbakır-Lice mahalında baş çavuş Oğuzhan Arduç, çavuş Turqut İçen, onbaşı Mustafa Can Akdoğan yaralanıb.
Oğuzhan Arduç və Turqut İçen bütün cəhdlərə baxmayaraq şəhid olub.
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgəyə gücləndirilmiş komando birlikləri cəlb edilib.
Nigar Abuzər
SİTAT.İNFO