Sumqayıtda toy mərasimi yasa dönüb.
Sitat.info xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayonda fəaliyyət göstərən "Gold Palas"Şadlıq sarayında baş verib. Toy məclisində qonaq qismində iştirak edən, 1967-ci il təvəllüdlü Bayramov Saleh Bəylər oğlu toyda halı qəfil pisləşib. Şadlıq sarayına təcili tibbi yardım briqadası gələrək xəstəni müayinə edib. Məlum olub ki, S.Bayramov infakt keçirib. O təcili olaraq xəstəxanaya götürülsə də, yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.("Trend")