"İl-76" hərbi-nəqliyyat təyyarəsi mühərrik nasazlığı səbəbindən Rusiyanın Ryazan vilayəti yaxınlığında sərt eniş edib, qismən yerdə dağılıb, zərərçəkənlər tibb müəssisələrinə aparılıb.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"İyunun 24-də "İl-76" hərbi-nəqliyyat təyyarəsi Ryazan vilayətində sərt eniş edib. Yüksüz təlim uçuşu zamanı müəyyən edilmiş mühərrik nasazlığı səbəbindən ekipaj yerə enmək qərarına gəlib", - deyə Nazirlik qeyd edib.
Regional hökumətin mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkənlərin vəziyyəti stabildir.
Məlumata əsasən, xəsarət alan ekipaj üzvləri tibb müəssisələrinə yerləşdirilib.
Qəza nəticəsində 6 nəfər yaralanıb, 4 nəfər ölüb.
/Azinform