Rusiyanın defoltu barədə danışmaq yersizdir: Moskva borclarını...

14:36 27 İyun 2022

"Rusiya Federasiyasının suveren valyuta ehtiyatlarının Qərbdə dondurulması faktiki olaraq, Qərb tərəfindən Rusiyaya qarşı elan edilmiş defoltdur. Çünki o vəsaitlər Rusiyanın suveren vəsaitləridir".

Sitat.info xəbər verir ki, bu sözləri iqtisad üzrə elmler doktoru, professor, Odlar Yurdu Universitetinin kafedra müdiri Elşad Məmmədov deyib.

Professor hesab edir ki, o vəsaitlərə görə Qərb dairələri müvafiq faizlərin ödənişini dayandırdı, faktiki olaraq defolt elan etmiş oldu: "Reallıqda defoltu ABŞ və Qərb elan etdi. Əgər bir ölkənin  yüzmilyardlarla vəsaiti dondurulubsa, o vəsaitlərin Rusiyaya məxsus olduğu şübhə doğurmursa, o zaman bu ölkənin hansı defoltundan söhbət gedə bilər? Rusiya öz borclarına rublla, müvafiq məzənnəyə uyğun ödənişlər etməyə hazırdır. Bu da onu deməyə əsas verir ki, Rusiyanın defoltu barədə danışmaq yersizdir".

E.Məmmədovun fikrincə, hazırda beynəlxalq maliyyə münasibətləri, bütövlükdə iqtisadi münasibətlər o qədər gərgin tənəzzül dövrünü yaşayır ki, defoltla bağlı ənənəvi yanaşmalar da olduqca mürəkkəbləşib: "Ona görə də bir çox iqtisadçılar belə, həm terminologiya, həm də hadisələrin şərhi baxımından ciddi çətinliklərlə üz-üzə qalır. Amma reallıq var və o reallığa söykənərək müvafiq təhlil aparılmalıdır".

Ləman Sərvanqızı,

SİTAT.İNFO

 




Xəbər xətti