Təhlükəsizlik əməkdaşları İspaniyaya keçmək istəyən qeyri-qanuni immiqrantlara güc tətbiq edərək müdaxilə edib.Sərhəddə sərt müdaxilə nəticəsində 37 nəfərin öldüyü deyilir.
Afrika İttifaqı (AfB) Komissiyasının sədri Musa Faki Məhəmməd Mərakeşdən İspaniyaya keçmək istəyərkən öldürülən mühacirlərlə bağlı araşdırma aparılmasını istəyib.
Sitat.info xəbər verir ki, Afrika Birliyi rəhbəri bu barədə telegram hesabında yazıb.
Ölənlərin dərhal araşdırılmasına çağıran Musa Faki Məhəmməd , bütün ölkələrin mühacirlərə qarşı beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməli və insan haqlarına riayət etməli olduğunu vurğulayıb.
Mühacirlərə qarşı həddindən artıq güc tətbiqinin yolverilməz olduğunu deyən Afrika İttifaqı sədri qeyd edib ki, afrikalı mühacirlər Mərakeşdən İspaniyaya keçməyə çalışarkən məruz qaldıqları zorakılıq və alçaldıcı rəftar onu dərindən sarsıdıb və narahat edib.
Qeyd edək ki, iyunun 24-ü səhər saatlarında Melillada Mərakeş-İspaniya sərhədində insident baş verib. Mərakeş tərəfdən təxminən 1500 qeyri-qanuni miqrant tikanlı məftillərlə bağlanmış sərhəd xəttinə axın edib.
Mərakeş polisi və İspaniya rəsmiləri qeyri-qanuni miqrantları mütəşəkkil şəkildə sərhədə axın etməkdə və təhlükəsizlik qüvvələrinə daş və turşu ilə hücumda atmaqda ittiham ediblər.
Mərakeş hökuməti 18 immiqrantın öldüyünü, polislər də daxil olmaqla 100-dən çox insanın yaralandığını açıqlayıb.
İspaniyanın Caminando Fronteras qeyri-hökumət təşkilatı bu hadisədə 37 immiqrantın öldüyünü iddia edib.
Qeyri-qanuni miqrantlardan 133-ü Melillaya gedib və İspaniya tərəfində yaralıların olduğu açıqlanıb.
Lamiyə,
SİTAT.İNFO