ABŞ-da dəhşət! Yük maşınının seyfində 46 cəsəd tapıldı

10:44 28 İyun 2022

ABŞ-ın Texas ştatının San Antonio şəhərində tərk edilmiş yük maşınının anbarında olan cəsədlər dünyanı şoka salıb.

Beynəlxalq xəbər agentliklərinin yaydığı xəbərə görə, yol kənarında tərk edilmiş yük maşınının içindən çıxan cəsədlər mühacirlərə aid olub. 
Sitat.info xəbər verir ki, kimsəsiz bir yerdə park edilmiş ağ rəngli yük maşını San Antonio yaxınlığındakı dəmir yoluna paralel  ərazidə olub. Yük maşınının ətrafındakı binalarda işləyən fəhlələrdən biri kömək çağırışını eşidib. Aşağı düşüb  yük maşınına yaxınlaşanda qapıların aralı olduğunu , içəridə isə onlarla meyit olduğunu görüb. 

Hadisə yerinə onlarla polis, yanğınsöndürən və tibb briqadası göndərilib.  Məlum olub  ki. soyuducu funksiyalı  TIR-ın kondisionerləri işləməyib, içəridə isə su olmayıb.

San Antonio yanğınsöndürmə idarəsi rəisi Çarlz Hud yük maşınının anbarında və ətrafında ən azı 46 immiqrantın öldüyünü açıqladı. Həyatını itirənlər arasında uşaq yoxdur. Dörd uşaq və 16 nəfər xəstəxanaya yerləşdirilib.

Xəstələrin toxuna bilməyəcək dərəcədə isti olduğunu deyən Çarlz Hud çoxunun  istilik vurmasından öldüyünü deyib. "Gördüyümüz xəstələr istilik vurmasından və hərarətdən əziyyət çəkirdilər. Maşında nə su var idi, nə də kondisioner. 

Mühacirlərin milliyyəti hələ açıqlanmayıb, lakin xəstəxanaya yerləşdirilənlərdən ikisinin Qvatemalalı olduğu məlum olub.

Hadisə yerində kameralar qarşısında olan San Antonio meri Ron Nirenberq "Bu, dəhşətli faciədir" sözlərini deyib.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti