Bakıda dəhşətli intihar hadisəsi baş verib.
“Sitat.info” xəbər verir ki, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Xalidə Kəngərlinin intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Məlumata görə, hadisə dünən saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mərhum iki uşaq anası idi. (Qafqazinfo)