Tragikomik hadisə: Oğrular Sabirabadda tövləni yardılar, amma mal-qaranı oğurlamadılar - VİDEO

16:40 28 İyun 2022

Sabirabad rayonu, Güdəcühür qəsəbəsində tragikomik hadisə baş verib.

Oğrular kənd sakini Sahibi Qarayevin tövləsini yarıblar, lakin mal-qaranı aparmayıblar.

Sahib Qarayev sitat.info-ya bildirib ki, səhər saatlarında tövləyə gələn zaman tövlənin tavanının və qapılarının sındırıldığını görüb: "Hadisə gecə saatlarında baş verib. Oğurluq məqsədi ilə tövləni sındırıblar. Tövlədə iri və xırdabuynuzlu heyvanlarım var. Mənə də təəccüblü gəldi ki, mal-qaranı niyə oğurlamayıblar. Ola bilsin ki, son anda oğurluq planları baş tutmayıb".

Sahib Qarayev belə bir hadisənin təkrarlanması dan qorxur: "Tövlə evin yaxınlığında olsa da, oğruların gəlişindən xəbərimiz olmayıb. Özümü şanslı sayıram. Tövlədə olan 10 baş mal, 20-30 qoyunum var. Ehtimal edirəm ki, oğrular ya naşı olub, ya da mənə son anda  rəhmləri gəlib. Bu cür hakim təkrarlanmaması üçün aidiyyatı qurumlar ölçü götürməyin xahis edirəm".

Ləman,
Sitat.info



Xəbər xətti