Bakıda intihar edən həkimin ölümü ilə bağlı bəzi detallar məlum olub.
Baku TV əməkdaşları hadisə yerində olub.
Görüntülərdən məlum olub ki, 38 yaşlı ginekoloq Xalidə Kəngərli 11-ci mərtəbədən qoruyucu tentin, daha sonra “Hyundai” markalı avtomobilin üzərinə düşüb.
Bina sakinləri bildirirlər ki, X.Kəngərli çox pozitiv insan olub. Onun intiharı hamıda təəccüb yaradıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ginekoloq-həkim Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub.
O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.
X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.
Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.