Goranboyda traktor piyadanı vurdu

01:53 29 İyun 2022

Goranboyda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verrir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Hərəkətdə olan traktor 1998-ci il təvəllüdlü Eşqin Cəfərovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

/Lent.az



Xəbər xətti