Ruslar mülki insanları yenə hədəfə aldı – Çoxmərtəbəli bina vuruldu

10:00 29 İyun 2022

Bu gün səhər saatlarında ruslar Nikolaevdə çoxmərtəbəli yaşayış binasını vurublar. Ölənlər və yaralananlar var

Bu səhər Nikolaevdə güclü partlayışlar baş verib. Rus işğalçıları çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endiriblər.

Sitat.info xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Senkeviç məlumat verib.

Bildirilib ki, Nikolayevdə səhər saatlarında güclü partlayışlar baş verib. 

Mer hamını sığınacaqlarda qalmağı və hava hücumu xəbərdarlığı bitənə qədər çölə çıxmamağı xahiş edib.

Safura,
Sitat.info



Xəbər xətti