Bakıda DƏHŞƏT: Bir yaşlı əkiz bacılar yanaraq öldülər - YENİLƏNİB

11:34 29 İyun 2022

Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə - əkiz bacı ölüb.

Sitat.info Apa-ya istinadla xəbər verir ki, yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Yanğın zamanı 2019-cu il təvəllüdLü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasov xəsarət alıblar.

***09:22

Bakıda dəhşətli yanğın olub.

Sitat.info Lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evində baş verən yanğın nəticəsində 1 yaşı tamam olmamış körpə ölüb. Ailənin 6 üzvü isə yanıq xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.



Xəbər xətti