Azərbaycanda ağır yol qəzası: Ölən və xəsarət alanlar var - VİDEO

20:07 29 İyun 2022

Cəlilabadda ağır yol qəzası baş verib.

SİTAT.İNFO "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Hyundai santa fe” markalı minik avtomobili ilə “VAZ 2107“ markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

Xəsarət alanlar rayonun Sabirabad kənd sakinləri, 1997-ci il təvəllüdlü Əliyev Ramal Natiq oğlu, 2004-cü il təvəllüdlü Abbasov Aslan Fikrət oğludur.

Qəza nəticəsində Sabirabad kənd sakini, 2004-cü il təvəllüdlü Məmmədov Dünyamalı İslam oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbər xətti