Xəbər verdiyimiz kimi, iyulun 16-da Sumqayıt şəhərində avtobus sürücüsü və sərnişin arasında insident baş verib.
İnsident nəticəsində sərnişin Sənubər Baxışəliyeva yüngül bədən xəsarətləri alıb.
Avtobusun sürücüsü Adil Kosayev isə hadisədən sonra işdən çıxarılıb.
“Sumqayıt Nəqliyyat-1” MMC-nin şöbə müdiri Dildar Hümbətova bildirib ki, baş verən hadisənin araşdırılması və qanuni tədbir görülməsi üçün aidiyyati qurumlara müraciət edilib.