Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
SİTAT.İNFO “Report”a istinadən xəbər verir ki, hadisə Balakürd kəndində qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfər - 1948-ci il təvəllüdlü Murad Paşayev, 1959-cu il təvəllüdlü Tamella Muradova və 2012-ci il təvəllüdlü H.Paşalı xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib, xəsarət alanlardan M.Paşayevin vəziyyəti ağır, digərlərinin orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.