Bakı Ağır Cinayətlər Məhkəməsində ögey anasını qətlə yetirməkdə təqsirləndirilən Günay Məmmədova və onun əri Həmzə Verdiyevin məhkəmə prosesi yekunlaşıb.
SİTAT.İNFO İTV-yə istinadən xəbər verir ki, ərlə arvad qadını çoxsaylı balta zərbələri ilə qətlə yetiriblər.
Daha sonra onun evdən getmək görüntüsünü yaradıb meyitini gölə atıblar.
Qeyd edək ki, qətlə yetirilən Qərənfil Baxşəliyevanın cəsədi qırmızı rəngli xalçaya bükülmüş vəziyyətdə Qaradağ rayonu ərazisində yerləşən göldə aşkar edilib.
Ətraflı videomaterialda izləyə bilərsiniz: