Bakıda ayaqqabı sexi yanıb

09:45 1 İyul 2022

Bakıda ayaqqabı sexi yanıb.

Sitat.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan ayaqqabı istehsalı sexinin dam örtüyünün taxta atmaları 60 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbər xətti